Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq

Azərbaycanda ictimai nəqliyyatın əlçatanlığı və cəlbediciliyi artırılacaq.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.
Qeyd olunur ki, metro sistemləri və ictimai avtobuslar kimi ictimai nəqliyyatdan istifadənin artması minik avtomobillərindən çıxan emissiyaları azaldacaq.
Buna infrastrukturun modernləşdirilməsi, mikromobillik həllərinin tətbiqi və ictimai nəqliyyatın cəlbediciliyini və əlçatanlığını artırmaqla nail olunacaq.
Bundan başqa, yükdaşımalarında yük maşınları əvəzinə dəmir yollarından istifadənin artırılması 2060-cı ilə qədər nəqliyyatda İEYQ (İstilik Effekti Yaradan Qazlar) emissiyalarını azaldacaq. Dəmir yolu nəqliyyatı, xüsusən də bərpaolunan mənbələrdən alınan elektrik enerjisi ilə işləyən növləri yük maşınları ilə müqayisədə daha enerji səmərəlidir və atmosferə daha az emissiyalar buraxır.
Yük qatarları, həmçinin hər səfərdə daha çox həcmdə mal daşıya bilər və bununla da tələb olunan səfərlərin sayını azaldır və nəticədə ümumi yanacaq sərfiyyatını və emissiyaları da azaldır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












