Bu küçədə obyektlər səkini mənimsəyib, sürücüləri və piyadaları təhlükəylə üz-üzə qoyur - VİDEO

Paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində piyada səkisi obyektlər tərəfindən mənimsənilib.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sakinlərdən biri “Facebook” sosial şəbəkəsində videomateriallar paylaşıb. Görüntüdən də aydın olduğu kimi, sözügedən ərazidə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məxsus olan və digər obyektlər səkini tamamilə zəbt ediblər. Sakinin iddiasına əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyi bununla kifayətlənməyərək obyektin sağ tərəfindəki ərazidə də yüngül konstruksiyalı tikili təşkil edib. Şikayətçi bildirib ki, səkinin özəlləşdirilməsiylə yanaşı Birliyin işçiləri əhalinin dincliyini nümayişkaranə şəkildə pozurlar: “Yaşıllaşdırma Təsərrüfatı Birliyi yolun ortasına vaqon qoyub və iş yeri elan edib. O vaqondakıların səhər saat 6:00-dan başlayan səs-küyü, nalayiq söyüşləri, dava-dalaşları, yay aylarında obyektin qarşısında açdıqları çayxana sakinləri narahat edir. Bununla bağlı dəfələrlə şikayətlər olunub, lakin heç bir tədbir görülməyib”.
Digər tərəfdən sürücülər avtomobilləri obyektlərin önündə park edərək həm piyadaların yolunu kəsir, həm də ərazidən keçən maşınlara çətinlik yaradırlar. Nəticədə yol daraldığı üçün zolaqla hərəkət edə bilməyən sürücülər qarşı tərəfə keçməli olurlar. Bu isə qəza təhlükəsinə gətirib çıxarır. Şikayətçi demək olar ki, ərazidə hər gün eyni vəziyyətin hökm sürdüyü qeyd edib. Eyni zamanda o, ərazidəki ağacların kəsilərək yerində bir müddət əvvəl obyektlərin tikildiyini əlavə edib.
Qeyd edək ki, Abbas Mirzə Şərifzadə küçəsi və Mətbuat prospektlərində sıxlıq olduğu üçün sürücülər alternativ yol kimi sözügedən küçədən istifadə edirlər.
Ümid edirik ki, sakinlərin, piyadaların və sürücülərin narazılığına səbəb olan bu problem qısa zamanda həllini tapacaq.
Nərmin
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












