Cəlilabadda iki nəfər kanalda boğuldu - YENİLƏNİB

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Onlar rayonun Uzuntəpə kənd sakinləri - 2019-cu il təvəllüdlü Abdullayeva Nərmin Vüsal qızı və bacısı 2016-cı il təvəllüdlü Abdullayeva Leyla Vüsal qızıdır.
Bədbəxt hadisə bacıların evlərinin qarşısından keçən Cənubi-Muğan kanalında baş verib.
İlkin ehtimala görə, ehtiyatsızlıqdan əvvəlcə kiçik bacı kanala düşüb. Daha sonra böyük bacısı onu çıxarmağa kömək edən zaman o da boğulub.
"Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər kanala düşərək boğulub.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












