Ceyhun Salmanov həbs olundu

Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə C. Salmanov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda "Qurtuluş" Reabilitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.
* Qanunsuz saxlanma, təzyiq, ağır maddələr: "Qurtuluş" işi böyüyür
Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












