Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluq etməkdə təqsirləndirilən Nurəli Məmmədov barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət qismən təmin edilib. Nurəli Məmmədov barəsində olan 5 il həbs cəzası 3 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənib.
Qeyd edək ki, Nurəli Məmmədov cinayət işinə “xitam” veriləcəyi vədi ilə bağlı 150 min manat pul alıb. İş alınmadıqdan sonra Nurəli Məmmədoov zərərçəkmişə 110 min manat qaytarıb. 40 min manatı qaytarmadıqda vətəndaşın şikayəti əsasında Nurəli Məmmədov barəsində cinayət işi açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












