Dələduzluqla əldə etdiyi pulu anasının müalicəsinə xərcləyən şəxsə hökm oxundu

Bakıda xaricdən avtomobil gətirmək adı ilə dələduzluq edən şəxsin işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, işə Xətai Rayon Məhkəməsində baxılıb. Belə ki, Vüqar (adlar şərtidir) izahatında bildirib ki, 2024-cü ildə taksi parkında texniki şöbənin işçisi kimi avtomobillərə nəzarətçi olaraq çalışıb. Orada çalışdığı dövrdə İkramla tanış olub. İkram Vüqarın işlədiyi yerə Çin istehsalı avtomobillərinin gətirildiyini görüb. O, öz avtomobilinin benzin sərfiyyatından narazı qaldığı üçün Vüqara həmin model avtomobil gətirilərsə, ala biləcəyini deyib. Vüqar isə bu yolla İkramdan müxtəlif vaxtlarda ümumilikdə 13 000 manat alaraq dələduzluq edib. O, pulu öz şəxsi ehtiyaclarına, eyni zamanda, anasının xəstəliyi ilə bağlı müalicəsinə xərcləyib. Buna görə də İkramın pulunu qaytara bilməyib. Söz verdiyi müddət çatdıqda İkramın avtomobili istəməsini görüb müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlayıb, eyni zamanda avtomobil olmasa, pulunu qaytaracağına vəd verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona iki il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












