Əcəmidə qurumuş ağac “Mercedes”in üzərinə aşdı, yolda sıxlıq yarandı - VİDEO

Son günlərdə qarlı hava ilə əlaqədar yol-nəqliyyat hadisələrinin sayı çoxalıb. Yağan qarla yanaşı güclü küləyin fəsadları da paytaxtın müxtəlif küçələrində qəzaların yaranmasına gətirib çıxarıb. Xüsusilə belə havada yol kənarında, məhəllələrdə olan qurumuş, yararsız hala düşmüş ağaclar real təhlükə mənbəyidir. Belə ki, küləyin təsiriylə qopan ağac park edilmiş avtomobilin üzərinə aşa bilər, yola düşərək tıxacın yaranmasına səbəb ola bilər. Ən pis halda isə insanlar üçün qəza riski deməkdir.
Paytaxtın “Memar Əcəmi” metrostansiyası yaxınlığında qeyd etdiyimiz halla bağlı hadisə baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 15-i günorta saatlarında qeydə alınıb. Qurumuş ağac kökündən çıxaraq yol kənarında dayanmış “Mercedes” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşına maddi ziyan dəyib. Həmçinin aşan nəhəng ağacın yola düşməsi yolda sıxlığın yaranmasına səbəb olub. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə və yaxınlıqda insan olmayıb.
Qeyd edək ki, qəzalı ağac bir müddət sonra ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, qanunla belə ağacların müəyyən edilməsi, budanması və ya götürülməsi üçün torpaq mülkiyyətçisi, yəni yerli icra və bələdiyyə orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Amma görünən odur ki, monitorinq aparmalı olan qurumlar işində passivlik göstərir.
Nərmin
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












