Əkiz qardaşının boğazını kəsib öldürüb, sonra intihar edib - TƏFƏRRÜAT

Dünən Xaçmaz rayonunda əkiz qardaşın öldüyü hadisənin bəzi təfərrüatları üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nabran istirahət zonasının yaxınlığındakı Meşəli kəndində – dənizə yaxın ərazidə meyitləri tapılan 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərovlar rayonun Xudat qəsəbəsində tanınmış şəxslərdən olmuş Hacı Qəzənfərin qızının övladları olub.
Bir neçə il əvvəl Hacı Qəzənfər vəfat edib və Meşəlidəki həmin mülk onun qızının ailəsinə qalıb. Bundan sonra Kamran və Orxanın atası Mirzə də dünyasını dəyişib. Həmin mülkü isə Orxan və Kamran yay aylarında kirayə verərək pul qazanıblar. Lakin mülkün əsl sahibinin kim olması ilə bağlı əkiz qardaşlar arasında münaqişə baş verib.
Bildirilir ki, hadisə vaxtı ilk olaraq Orxan qardaşını bıçaqla vurub və onun boğazını kəsərək öldüyünə tam əmin olduqdan sonra özünə də xəsarətlər yetirərək intihar edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












