Əks zolağa çıxaraq faciəyə səbəb olan sürücüyə cəza verildi

Bakı şəhərinin Pirallahı rayonunda əks hərəkət zolağına çıxan yük maşınının səbəb olduğu dəhşətli yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "News24.az"a istinadən məlumatına görə, Qala-Pirallahı yolunda ağır qəza törədən “Shacman” markalı yük maşınının sürücüsü 1996-cı il təvəllüdlü Maarif Fərəcullayev barədə hökm oxunub. Məlum olub ki, M. Fərəcullayev hadisə vaxtı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq idarə etdiyi yük maşını ilə əks hərəkət zolağına çıxıb. Bu zaman 40 yaşlı Mehdi Rauf oğlu Aslanovun idarə etdiyi “Kia” markalı avtomobil yük maşınının qapısına çırpılıb. Nəticədə M. Aslanov hadisə yerində aldığı xəsarətlərdən ölüb. Mərhumun arvadı ifadəsində bildirib ki, hadisə zamanı o, əri və övladları ilə Pirallahıdan dəniz kənarında istirahətdən qayıdırmış. Qəza ani olub və onların maşını əks zolaqda hərəkət edən yük maşınına çırpılıb. O, ərinin ölümünə səbəb olan şəxsdən şikayətçi olduğunu qeyd edib.
Pirallahı Rayon Məhkəməsi Maarif Fərəcullayevi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə tətbiq edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi
Şamaxıda qorunan ziyarətgah baxımsız qalıb - Ətrafı zibilliyə çevrilib - VİDEO
Prospektdə təhlükəli hərəkət: Sürücü motosikleti orta zolaqda qoyub getdi - VİDEO
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO
Avtobus sürücüsünün sükan arxasında telefondan istifadə etməsi NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA - VİDEO
Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Bakıda sərxoş piyadanı maşın vurdu - Sürücü bəraət aldı










