Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı, intihar etdi - FOTO

Bakıda əri qəzada ölən qadının intihar etməsi barədə bəzi detallar məlum olub. 34 yaşlı Umudova Nahidə Sadiq qızı səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər. N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.
Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.
***
Bakıda intihar hadisəsi olub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Kürdəxanı qəsəbəsində 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.
Nahidənin ərinin ölümünə dözə bilməyərək özünü asdığı qeyd edilib. Ailənin azyaşlı övladı qalıb.
Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.



Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












