Əri ilə barışmaq istəyən qadın FALÇI AXTARIRDI - 125 minini itirdi

Əri ilə münasibətlərini düzəltməsi məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.
Məlumata görə, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.
İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.
Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib. O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib. Nəcibə onunla razılaşıb. İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib. Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib. Bütün işlərin üstü də bundan sonra açılıb.
Araşdırma nəticəsində G.Qasımova həbs edilib. İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır. Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb. Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. (“Qafqazinfo”)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












