Əsəbiləşən sürücü dəfələrlə qayda pozdu - VİDEO

Dəfələrlə qayda pozan sürücü digər avtomobillərin hərəkətinə maneə yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə bugün səhər saat 08:00 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb. Görüntülərdən məlum olduğu kimi, 50-CM-913 qeydiyyat nişanlı, “VAZ-2101” markalı maşın dəfələrlə qayda pozaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Belə ki, maşının sol güzgüsünün olmaması arxadan gələn avtomobilləri görməməsinə səbəb olub. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələrinin qəflətən qarşısına keçən “01” sürücüsü önünün boş olmasına baxmayaraq yavaş sürətlə irəliləyib. Üstəlik arxadan gələn avtomobil sürəti yüksəltməsini, ya da zolağı boşaltmasını istəyəndə anidən əyləcə basıb. Zolağını dəyişən “01” daha sonra arxadan gələrək siqnal verib və onun qayda pozuntusuna göz yummayan sürücüyə əsəbləşib. Etdiyi əməllə kifayətlənməyən sürücü sağdan ötmə edərək sol zolaqda hərəkət edən maşının qarşısına keçib. Qayda pozuntusu alışqanlığına davam edən sürücü fikrini dəyişərək qəfil manevrlə sağ zolağa keçib.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












