Banner

Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirdilər - RƏSMİ

Hadisə 2 Noyabr 2026 16:11
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirdilər - RƏSMİ
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb.

Bu barədə Avtosfer.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.

Hərbi Prokurorluğu tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.

"Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur", - məlumatda qeyd olunub.

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh