"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - Sakinlər tikinti şirkətindən şikayət etdilər - VİDEO

Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində yaşayan sakinlər artıq 10 ildən çoxdur ki, "Vesta Construction" tikinti şirkətinin fəaliyyəti ucbatından evlərindən didərgin düşüblər.
2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsində yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının inşa edilməsi qərara alınıb. Layihənin icrası isə "Vesta Construction" MMC-yə həvalə olunub.
Lakin sakinlərin iddialarına görə, məhz bu tikinti şirkəti onların başına ciddi problemlər açıb. Belə ki, Mənzil-Tikinti Kooperativi nə vətəndaşlara yeni mənzilləri təhvil verib, nə də öhdəliklərini yerinə yetirib. Əksinə, həmin mənzillərin başqa şəxslərə satıldığı məlum olub. Üstəlik, söhbət bir və ya iki yox, ümumilikdə 50 nəfərə satılan mənzillərdən gedir.
"Pilot layihəsi adı ilə evimizi sökdülər. 10 il ərzində binanı təhvil vermirlər. İcraya gedib-gəlirik, bizə boş-boş vədlər verirlər, ancaq ortada bir şey yoxdur. Təzəcə bilmişik ki, bir evi üç-dörd nəfərə satıblar", - şikayətçi deyib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə, eləcə də sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib:
"Bununla bağlı vətəndaşlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbul ediliblər. Vətəndaşların müraciətləri əsasında MMC rəhbərliyi dəfələrlə icra hakimiyyətinə dəvət olunaraq yaranmış narazılıqlarla bağlı xəbərdar edilib, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bir mənzilin müxtəlif şəxslərə satılması faktları üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Bundan başqa, son bir ay ərzində rayon icra hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənilməsi də təmin edilib".
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR










