Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi

Bakıda tanışına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən, əvvəllər bir neçə dəfə məhkum olunmuş Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Fuad Rəcəbzadə 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə müttəhimin 17 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çoxsaylı bədən xəsarətləri yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.
Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluğu olub. Növbəti dəfə isə onun əməli residiv sayılaraq ona daha ağır cəza verilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












