Eyni həyətdəki iki evdən oğurluq etdi, namaz qılmağa başladı

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi yaşayış evlərindən oğurluq edən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1977-ci ildə Beyləqan şəhərində doğulmuş F.G. barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, F.G. Sulutəpədəki bir həyətdə yerləşən iki evdə ayrı-ayrı günlərdə oğurluq edib. O, Ruslan Allahverdiyev küçəsi, 15-ci döngədə yerləşən iki mərtəbəli fərdi yaşayış evinindən qızıl-ziynət əşyalarını oğurlayıb və zərərçəkmişə 6545 manat ziyan vurub.
Bundan əlavə, eyni həyətdə yaşayan S.D. adlı zərərçəkmişin evindən 800 manat məbləğində oğurluq edib.
Təqsirləndirilən şəxs Məhkəmədə bir daha cinayət törətməyəcəyini, namaz qılmağa başladığını, tutulduqdan qısa müddət sonra atasının vəfat etdiyini bildirib VƏ barəsində yüngül cəza təyin edilməsini xahiş edib. O, oğurladığı əşyaları bir üzük istisna olmaqla qaytardığını da deyib.
Məhkəmənin hökmü ilə F.G 3 il müddətinə azadlıqdan məhrum edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












