Fəallar “Tesla” mağazasının pəncərəsini mavi boya ilə rənglədilər

“Yeni Nəsil” hərəkatının iqlim fəalları amerikalı sahibkar İlon Maska məxsus “Tesla” şirkətinin Berlindəki mağazasının pəncərəsini mavi boya ilə rəngləyiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.
"Şənbə günü “Berlin Mall”da İlon Maska qarşı açıq etiraz aksiyası keçirilib. Ticarət mərkəzindəki “Tesla” salonunun qarşısında əllərində plakatlar tutan üç fəalı görmək olar. Mağazanın çölü mavi boya ilə örtülüb", - məqalədə deyilir.
Birinci plakatda “Bizim cəmiyyətimiz sağların oyuncağı deyil” şüarı, ikincisində isə nasist salamı verən Maskın üzərindən xətt çəkilmiş şəkli əks olunub. Üçüncü plakatda hərəkatın adı “Yeni Nəsil” yazılmışdı.
Nəşr hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, polis qısa zamanda aksiyanı dağıdıb. Fəallar barəsində istintaq başlayıb.
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB












