FHN-ə işə düzəltmək adı ilə 10 min manatlıq dələduzluq

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Arif Musayevə (şərti) 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. İş materiallarından aydın olur ki, Arif Musayev yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu deyərək zərərçəkmiş şəxsə onun oğlunu FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 10 000 manat alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə zamanı Arif Musayev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












