FHN Əməliyyat İstintaq İdarəsinin sabiq rəisinin cəzası ağırlaşdırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin sabiq rəisi, kapitan Asim Əliyevin cəzası ağırlaşdırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Asim Əliyevin Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi videokonfrans vasitəsilə keçirilən açıq məhkəmə iclasında araşdırılıb. Araşdırmalar göstərib ki, A. Əliyev aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib, müxtəlif şəxslərə xeyli miqdarda ziyan vurub. Eyni zamanda özü vəzifəli şəxs kimi təqdim edərək səlahiyyətləri mənimsəyib və bununla da fiziki şəxslərin hüquq və qanuni mənafelərinə ciddi zərər vurub. Məlumata görə, Asim Əliyev 2013-cü ilin noyabrında FHN-də qulluğa qəbul olunub və son vəzifəsi Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin rəisi olub. O, 25 noyabr 2022-ci ildə "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. Ehtiyata buraxıldıqdan sonra da o, özünü şöbənin rəisi kimi təqdim edərək müxtəlif şəxsləri aldadıb. Belə ki, torpaq sahəsinin özəlləşdirilməsini həll edəcəyinə inandıraraq E.R-dan 8 700 manat, A.B-dan 2 500 manat, S.R-dan 3 260 manat alıb. Həmçinin zərərçəkmiş T.Y.-ni tikinti icazəsi və çıxarış sənədi alacağına inandıraraq 4 500 manat, O.İ.-ni FHN-də işə düzəldəcəyini vəd etməklə 3 500 manat aldadaraq ələ keçirib. Məhkəmənin hökmü ilə Asim Əliyevin cəzası ağırlaşdırılaraq 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Asim Əliyev 2023-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Ötən ilin noyabrında isə ona 2 il müddətinə FHN-də vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması ilə yanaşı, 6 il 6 ay həbs cəzası verilib. Həmçinin bildirək ki, FHN Əməliyyat-İstintaq İdarəsinin rəisi hazırda polkovnik Turqut Hacı oğlu Salayevdir. O, sabiq deputat və iş adamı Hacı Salayevin oğludur. T. Salayevin əmisi isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO










