“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə yayılan məlumatlar barədə araşdırma aparıb.
İdarədən bildirilib ki, 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparılıb:
“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 “e” sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün digər valideynlərdən vəsait toplanılması müəyyən olunub.
Bu baxımdan, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib”.
Foto: Rəsmiyə Quliyeva
Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Foto: Mehriban Əliyeva
Xatırladaq ki, bir müddət əvvəl Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “e” sinfinin valideyn komitəsinin sədrinin “WhatsApp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












