Gecə klubundan çıxıb “Carsharing”in avtomobilini qaçırdı – Qəza törətdi

Bakıda bardan çıxaraq "Carsharing" MMC-yə məxsus avtomobili qaçıran və qəza törədən şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü Gündüz F. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə çıxarılıb.
Məlum olub ki, Gündüz dostları Aydın, Nicat və Cəmillə birlikdə Bakıda bir gecə klubunda əylənib. Klubdan çıxdıqdan sonra piyada hərəkət edərkən, saat 06:15 radələrində Səbail rayonu, R. Behbudov küçəsi, 8 nömrəli tam orta məktəbin yaxınlığında park edilmiş avtomobillərin arasında "Carsharing" MMC-yə məxsus ağ rəngli "Geely Geometry" markalı avtomobili görüb.
Heç bir sürücülük vəsiqəsi olmayan Gündüz avtomobili sürməyə qərar verib. Şirkətin tətbiqini yükləyərək dostu Nicatın elektron ünvanını qeyd edib. Daha sonra avtomobili işə salıb və Sumqayıta yola düşüb.
Sumqayıtda, 29-cu məhəllədə, Gündüz idarə etdiyi "YJ” qeydiyyat nişanlı "Geely Geometry" ilə park edilmiş "Toyota Prado"ya çırpılıb. Hadisədən sonra heç bir tədbir görmədən avtomobili yol kənarında saxlayıb və ərazini tərk edib.
Hadisə nəticəsində şirkətə 5 080 manat maddi ziyan dəyib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Gündüzə məhkəmə tərəfindən həbsdə olduğu 1 ay 13 gün nəzərə alınmaqla, 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, cəzasını elektron qolbaq ilə çəkəcək.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












