“Gecə sanatoriyası”ndakı bəzi ağaclar başqa əraziyə köçürülüb - Rəsmi açıqlama - FOTO - VİDEO

Sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən və “Gecə sanatoriyası” adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iddialarla bağlı ərazidə quruculuq işləri aparan şirkəti açıqlama yayıb.
Şirkətin nümayəndəsi Vüqar Ələkbərov bildirilib ki, müvafiq qərarla tikinti işlərinin aparılması və çoxmərtəbəli yaşayış binalarının inşası üçün ayrılıb:
“Bütün lazımi sənədlər mövcuddur. Bu ərazi uzun müddət baxımsız vəziyyətdə qalmışdı və tərəfimizdən hazırda təmizləmə işləri aparılıb. Aparılan işlər qanun çərçivəsində ETSN-in Dövlət Ekoloji Ekspertiza agentliyinin müsbət rəyi əsasında həyata keçirilir. Ağacların hər biri rəsmi formada qeydiyyata alınıb və mütəxəssislərin iştirakı ilə digər əraziyə köçürülüb. Onlara aqrotexniki qaydada qulluq göstərilir və yaşıllıqların qorunması təmin edilir”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən mövzu ilə bağlı bildirilib ki, məsələ araşdırılır.
Qaradağ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Lökbatan qəsəbəsində yerləşən keçmiş “Gecə sanatoriyası”nın uzun müddət baxımsız qalmış ərazisində hazırda təmizlənmə işləri aparılır:
“Ərazi illərlə istifadəsiz qaldığı üçün həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi problemlər mövcud idi. Aparılan bütün işlər qanunvericiliyə uyğun şəkildə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmi müsbət rəyi əsasında həyata keçirilir. Yaşıllıqlar əvvəlcədən identifikasiya olunmuş, hər bir ağac qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağaclar mütəxəssislərin iştirakı ilə başqa əraziyə transplantasiya edilib”.

Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi
Prospektdə təhlükəli hərəkət: Sürücü motosikleti orta zolaqda qoyub getdi - VİDEO
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO










