Gəncədə ata onu yatmağa qoymayan oğlunu BIÇAQLADI

Gəncə Ağır Cinayətlər Məhkəməsi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Zilfəli Allahverdiyev yüksək səslə danışaraq onun yatmasına mane olduğuna görə, oğlu Namiqlə mübahisə edib. Həmçinin oğlu onun ünvanına söyüş söydüyü üçün Z.Allahverdiyev qəzəblənib və mətbəx bıçağı ilə həyat yoldaşı Səmərqənd Allahverdiyevanın gözü qarşısında oğlu Namiqi qarın nahiyəsindən bıçaqlayıb.
Məhkəmədə ifadə verən Zilfəli hadisəni necə törətdiyindən danışıb:
“Mən otağa keçdikdə əlimdə olan bıçaqla oğlum Namiqin qarın nahiyəsinə bir zərbə vuraraq onu qorxutmaq istədim. Bundan sonra mən etdiyim əməldən peşman olaraq arvadım Səmərqəndə oğlum Namiqi bıçaqla vurduğumu deyərək təcili yardım çağırmasını bildirdim”.
Namiq isə ifadəsində qeyd edib ki, hadisədən əvvəl anası atasına irad bildirib:
“Həmin vaxt atam anamı vurmağa başladı. Mən tez anama yaxınlaşıb ona kömək etməyə başladım bundan sonra atam mətbəxə keçib bıçaq götürdü və mənim üstümə gəldi, qarnıma bir zərbə vurdu”, - deyə zərərçəkmiş şəxs bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
unikal
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












