Gəncədə parkda karusel qırıldı - Attraksionların təhlükəsizliyi necə qorunur? - VİDEO

Gəncədə bulvar ərazisində fəaliyyət göstərən istirahət mərkəzindəki karuseldə baş verən qəza bir uşağın xəsarət alması ilə nəticələnib. Xəstəxanaya yerləşdirilən 12 yaşlı qızın vəziyyətini həkimlər qənaətbəxş qiymətləndirirlər. Baş vermiş hadisə attraksionlarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Parka istirahət edən 12 yaşlı uşaq bədbəxt hadisə ilə üzləşib. Atraksionda baş verən qəza nəticəsində o xəsarət alıb. Hadisə Gəncədə baş verib. Belə ki, "Amerikan təpəcikləri" adlı karuselə minən 12 yaşlı qız oturduğu arabanın qopması nəticəsində yerə yıxılıb və zədələnib. Xəstəxanaya yerləşdirilən qızın qabırğasının sındığı və digər xəsarətlər aldığı məlum olub. Həkimlər onun vəziyyətinin orta olduğunu bildiriblər. Attraksionu işlədən sahibkar isə iddia edir ki, bütün karusellərə vaxtında baxış keçirilir və texniki qulluq göstərilir. FHN -nin sənayedə işlərin təhlükəsiz görülməsi və dag mədən nəzarəti dövlət agentliyinin əməkdaşı Tural Qocayev "XəzərXəbər"ə bildirib ki, həmin ərazidə yoxlama aparılıb. Texniki təhlükəsizlik haqqında qanunun və digər normativ hüquqi aktların pozulması aşkar edilib. Pozuntuların aradan qaldırılması üçün zəruri tələb qoyulub. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












