Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Ömər Bayramzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ö.Bayramzadə 23 oktyabr 2024-cü il tarixdə saat 7 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində, avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olduğu "Renault Megan" markalı minik avtomobilinə sərnişin mindirərkən mübahisə yaranıb.
Belə ki, həmin vaxt Goranboy-Xanqərvənd marşrutu üzrə hərəkət edən "Mercedes Benz 208 D" markalı mikroavtobusun sürücüsü Maqsud Habilov (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasına etiraz edib və mobil telefonla baş verənlərin videosunu çəkib.
Bundan əsəbiləşən Ömər heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşaraq xuliqanlıq niyyəti ilə ona yumruq zərbəsi endirib. Nəticədə Maqsuda burunun küt travması, qançır, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə müşayiət olunan xəsarətlər yetirilib.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxsi uca səslə nalayiq ifadələrlə təhqir edib, üzərindəki 90 manat dəyərində gödəkcəsini cıraraq yararsız hala salıb, Maqsuda məxsus "Samsung A3" markalı mobil telefonun ekranını sındırmaqla 110 manat məbləğində maddi ziyan vurub.
Həmçinin Ömər hadisə yerində toplaşmış insanların rahatlığını və dincliyini pozaraq ictimai asayişə qarşı yönəlmiş qərəzli xuliqanlıq hərəkətləri törədib.
O, cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin hökmü ilə məhkum olunub (Pravda.az).
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












