Gömrüyə işə düzəldəcəm deyib 35 min manatını aldı

Bakıda iki nəfərə qarşı dələduzluq edilib.
Ruslan Hüseynov dələduzluq əməlində təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb.
İş üzrə 2 zərərçəkən var. Məlumata görə, onlardan biri Dövlət Gömrük Komitəsində işləmək istəyib və R. Hüseynov onu həmin qurumda işə düzəldəcəyini vəd verib. Bu yolla onu aldadaraq, 35 min manat pulunu alıb.
Həmçinin təqsirləndirilən şəxs digər zərərçəkəni aldadarkən hisslərindən və emosionallığından istifadə edib. Belə ki, ittihama görə, R. Hüseynov anasının xəstə olduğunu deyib və bu üsulla 2000 manat pul ələ keçirib.
Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R. Hüseynov istintaqa təhvil verilib. Hazırda cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı davam edir. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












