Google şirkətinə təzminat işi açıldı: 2,1 milyard avro

Avropada 30-dan çox media şirkəti ABŞ-də yerləşən Google axtarış sistemini reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib.
Bununla bağlı BBC məlumat yayıb.
Açıqlamada Fransanın rəqabət qurumunun Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.
“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-a qarşı iddia qaldıran şirkətlər arasındadır. Sözügedən ölkələr şirkətdən 2,1 milyard avro təzminat tələb edib. (“Qafqazinfo”)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












