Goranboyda törədilən qətlin təfərrüatları məlum olub

Goranboy rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un məlumatına görə, Goranboy şəhər ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Zəhra Cavid qızı Babayeva çox saylı bıçaq xəsarəti alaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, onun həyat yoldaşı - 1993-cü il təvəllüdlü Naxçıvan MR Kəngərli rayon sakini, Bəbir İntiqam oğlu Həsənlidir. O, könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurublar. Mübahisəyə səbəbin qadının boşanmaq istəməsi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
21:21
Goranboyda ər arvadını qətlə yetirməkdə şübhəli bilinir.
Report-un məlumatına görə, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.
Hələ ki şəxsiyyəti məlum olmayan qadın bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, könüllü polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












