Göyçayda şagirdi döyən müəllimə: "Dəlilik kağızım var" - DİN-dən AÇIQLAMA

Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb. Bu barədə uşağın anası Fəxriyyə Xasməmmədova məlumat verib. "3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, - deyə müraciətdə bildirilir.
Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.
Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, qeyd olunan məsələ 5 il bundan əvvəl baş verib. Həmin vaxt Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılıb və valideyn tərəfindən də şikayət geri götürüldüyü üçün materialın icrası dayandırılıb. Zərərçəkən qismində göstərilən şagird isə hazırda həmin təhsil müəssisəsinin 11-ci sinfində oxuyur.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












