Göygöldə 31 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb
Hadisə
22 Oktyabr 2022 20:20
Oxunub 1460

Göygöldə bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














