Hacıqabulda güclü yanğın başlayıb - YENİLƏNİB

Hadisə 10 İyun 2026 17:03
Hacıqabulda güclü yanğın başlayıb   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub:

"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək".

***16:48

Hacıqabul rayonunda açıq ərazidə yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.

Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh