Dövlət qurumları üçün xidməti parkinq yerləri necə müəyyənləşdirilir? – Ekspert AÇIQLADI

Paytaxtda parklanma yerlərinin idarə olunması ilə bağlı yeni qərar qəbul edilib. Avtosfer.az xəbər verir ki, Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı, ayrılan yerlərin sayı və həmin parklanma məntəqələrinin ünvanları təsdiqlənib.
Mövzu ilə bağlı şəhərsalma və nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərdə nəqliyyat axınlarının müəyyən olunması və idarə edilməsi üçün “Rəqəmsal əkiz” (Digital Twin) texnologiyasından istifadə edilir. Bu zaman müxtəlif mənbələrdən məlumatlar toplanır və təhlil olunur. Son illərdə həyata keçirilən layihələr, eləcə də dövlət proqramları məhz bu təhlillərə əsaslanaraq hazırlanıb:

"Yeni avtomobil yollarının tikintisi, metro stansiyalarının açılması, dəmir yolu şəbəkəsinin genişləndirilməsi, tramvay xətlərinin çəkilməsi, mikromobillik şəbəkəsinin formalaşdırılması, ayrılmış avtobus zolaqlarının təşkili və son üç ildə tətbiq olunan ödənişli parklanma sistemi bu yanaşmanın nəticəsidir. Ödənişli parklanma sistemi də aparılan təhlillər əsasında tətbiq edilib. Məqsəd şəhərin ən dəyərli resurslarından biri olan torpaqdan daha səmərəli istifadə etməkdir. Bu çərçivədə bəzi qurumların xidməti avtomobilləri üçün məhdud sayda parklanma yerləri ayrılır, digər nəqliyyat vasitələrinin parklanması isə mövcud qaydalara uyğun təşkil olunur".
Ekspert qeyd edib ki, əsas hədəf şəhərə fərdi avtomobillə səfərlərin sayını azaltmaq və ictimai nəqliyyatdan istifadəni təşviq etməkdir. Bu, uzunmüddətli və davamlı bir prosesdir. Zaman keçdikcə daha çox insanın şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyat və alternativ hərəkət vasitələrinə üstünlük verməsi üçün şərait yaradılır.
“Son illərdə görülən işlər nəticəsində mövcud nəqliyyat infrastrukturundan daha səmərəli istifadə olunmağa başlanıb. Avtobus və mikromobillik zolaqlarının yaradılması insanların bir hissəsinin alternativ nəqliyyat vasitələrinə yönəlməsinə səbəb olub. Mikromobillik yeni istiqamət olsa da, bu sahədə istifadə dinamikasının artdığı müşahidə edilir. Piyada infrastrukturu daha da təkmilləşdirildikcə insanların qısa məsafələri piyada, velosiped və digər alternativ nəqliyyat vasitələri ilə qət etməsi geniş yayılacaq. Şərait yaxşılaşdıqca vətəndaşlar fərdi nəqliyyat vasitəsi əvəzinə daha əlverişli hərəkət üsullarına üstünlük verəcəklər. Beləliklə, insanların avtomobili olsa belə, gündəlik istifadəyə ehtiyacı tədricən azalacaq. Bu baxımdan, yeni parklanma yerlərinin təşkili ilə bağlı qərarlar yalnız ciddi təhlillərdən sonra qəbul edilir. Mövcud infrastruktur daxilində imkanlar olduğu təqdirdə belə layihələr həyata keçirilə bilər, lakin bütün qərarlar əvvəlcədən aparılmış araşdırma və hesablamalara əsaslanır”.
Fatimə Dadaşova
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










