Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanıldı - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi "Opel" markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb. C.Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə - heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı C.Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













