Həbsdə olan azərbaycanlıların apellyasiya şikayətinə baxılıb

Yekaterinburqda bir sıra cinayətlərdə ittiham olunan azərbaycanlılar - Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətinə baxılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkilləri birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər, onlar barəsində ev dustaqlığının seçilməsini istəyiblər. Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə qüvvədə saxlayıb.
Qeyd edək ki, 16 oktyabr 2025-ci il tarixində Yekaterinburqun Verx-İsestski Rayon Məhkəməsi Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun həbs müddətini 29 dekabr 2025-ci ilə qədər uzadıb. Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












