Həkim gizli şəkildə xəstələri izlədi - Həbs olundu

ABŞ-nin Miçiqan ştatından olan həkim pasiyentlərə qarşı seksual zorakılıq etdiyi və gizli müşahidə apardığı üçün 35 ildən 60 ilədək həbs cəzasına məhkum edilib.
Avtosfer.az bu barədə "People" jurnalına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə 42 yaşlı Umayr Ejjaz barəsində cinayət işi açılıb. Buna səbəb onun həyat yoldaşının polisə təqdim etdiyi gizli videoçəkiliş materialları olub. Həmin kadrlarda qadının özü, övladları və digər qadın qohumları əks olunub.
İstintaq zamanı müəyyən edilib ki, həkim xəstəxana palatalarında da gizli kameralar quraşdıraraq pasiyentlərin şəxsi həyat toxunulmazlığına zidd hərəkət edib və mövqeyindən sui-istifadə edib.
Qeyd olunub ki, yuxarıda sadalanan ittihamlardan əlavə, bir neçə pasiyent də Ejjaza qarşı məhkəməyə iddia qaldıraraq onun xəstəxanada zorakılıq törətdiyini bildirib.
"Oakland dairəsinin şerifi Maykl Buşar hakim Andersonun hökmünü və prokurorun bu xəstə insanı tam məsuliyyətə cəlb etmək səylərini alqışlayıram", – deyə jurnal şerifin sözlərini sitat gətirib.
Jurnal vurğulayıb ki, hazırda Ejjaz işi üzrə istintaq hələ də davam edir.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












