Həkimlər və televiziya aparıcılarının adından istifadə edən dələduz saxlanılıb - VİDEO

Sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edilməsi faktı üzrə son günlərdə mediada yayılan məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb.
Nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib. Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etdiyindən barəsində Cinayət işi mövcuddur və hazırda iş məhkəmə baxışındadır. K.Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Abuşov həbs edilib. Araşdırmalar davam etdirilir..
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












