Cənubi Koreyada “Hellouin” bayramındakı faciə ilə bağlı matəm elan edilib - VİDEO - YENİLƏNİB

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, daha 76 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.
22:13
Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.
Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
“Yonhap” agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
22:10
Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 20 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Mirror” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.
İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.
Hər il oktyabrın sonuncu şənbə günü minlərlə insan Hellouin bayramını qeyd etmək üçün toplaşır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












