Hər gecə 102-yə zəng edən şəxs həbs edildi

Bakıda içkinin təsiri altında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən şəxslər inzibati qaydada həbs edilib.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Cavid Salamov (ad-soyad şərtidir) mütəmadi olaraq gecə saatlarında DİN-in 102 xidmətinə zəng vuraraq, nalayiq ifadələr işlədib. Vətəndaşa dəfələrlə xəbərdarlıq olunsa da, əməllərini davam etdirib.
O, saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib. Binada polisə müqavimət göstərib.
Məhkəmənin qərarı ilə, C.Salmanov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












