Hərbi texnikanı İrana aparan azərbaycanlı həbs olundu

Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikanın qanunsuz ixracı ilə bağlı iş üzrə qərar çıxarıb.
2021-ci ilin sentyabrında FSB əks-kəşfiyyatı Azərbaycan əsilli Rusiya vətəndaşı Əliyar Qasım oğlu Ağalarovu həbs edib. O, Mİ-381 və Mİ-381-1 maqnetronlarını “Tor” hava hücumundan müdafiə sistemində istifadə olunmaq üçün Azərbaycan ərazisindən qaçaqmalçılıq yolu ilə İrana daşıyıb.
FSB araşdırmasına görə, 2020-ci ilin sonunda Ağalarov Ukraynanın “Ukroboronprom” holdinqinin ixrac bölməsi “Ukroboroneksport” dövlət müəssisəsinin törəmə müəssisəsi olan “Ukroboronservis”in maraqlarını təmsil edən potensial ukraynalı alıcı ilə əlaqə saxlayıb.
Məhkəmə iclasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmət 2007-ci ildə “Tor” sistemlərinin Tehrana satılmasına baxmayaraq, maqnetronların rəsmi kanallar vasitəsilə İrana çatdırılmadığını məhkəməyə təsdiqləyib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












