Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edildi

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat bildirib.
Məlumata görə, Koçi şəhərinin Kalamasseri qəsəbəsində polis və Mühacirlərin Müdafiəçisi təşkilatı tərəfindən qanunsuz işə qəbul firmalarına qarşı iki günlük əməliyyat zamanı şəhərdə iki firma bağlanıb və bir nəfər həbs edilib.
Məlumata görə, "Bhuvaneshwari Infotech" və "Manpower Consultancy" şirkətləri lisenziyasız fəaliyyət ittihamı ilə bağlanıb. Hər iki şirkətin sahibi, 42 yaşlı Pradip Kumar həbs edilib. Əsasən Azərbaycan, Polşa, Ukrayna və Kanada kimi ölkələrdə insanları işə götürmək vədi verən firmanın möhürləri, dəftərləri və iş üçün müraciət edənlərlə müqavilələr polis tərəfindən götürülüb.
Polisin məlumatına görə, hər iki şirkət işlə bağlı bir neçə müraciət edən bir neçə müştərini aldadıb. Pradip Kumar məhkəmə qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşmanın da üzvləri həbs edilib. Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.
Cinayət işi ilə bağlı 7 nəfər həbs olunub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












