Hizbullaha silah daşıyan 16 təyyarə məhv edilib

İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv edib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Təyyarələrin Livandakı Hizbullaha silah təchizatı üçün istifadə olunduğu vurğulanıb.
Məlumata görə, gecə ərzində İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana və Tehrandakı Merhabad hava limanında yerləşən hərbi infrastruktura genişmiqyaslı zərbələr endirib.
“Mehrabad hava limanı SEPAH-ın Qüds Qüvvələri tərəfindən istifadə olunurdu və rejimin Yaxın Şərqdəki terrorçu əlaltılarını silahlandırmaq və maliyyələşdirmək üçün mərkəz rolunu oynayıb. Silah və pulla yüklənmiş təyyarələr dəfələrlə hava limanından qalxaraq İran terror rejiminin əlaltılarının istifadəsi üçün bölgəyə eniş edib.
Hücumda SEPAH-ın Qüds Qüvvələri bölməsinin 16 təyyarəsi dəqiqliklə məhv edilib.
Həmçinin İran hava məkanında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə təhlükə yaradan bir neçə İran qırıcı təyyarəsi hədəf alınıb”, - məlumatda deyilir.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












