Banner

Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir? - FOTOLAR

Hadisə 19 Noyabr 2026 15:23
Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir? - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Bakının Hövsan qəsəbəsində dəniz suyunun rəngi dəyişərək qəhvəyi rəng alıb. Sahildə müşahidə olunan bu mənzərə ərazidə yaşayan sakinlərin diqqətini çəkib.

Avtosfer.az "Bizim.media"ya istinadən xəbər verir ki, görüntülərdə əsas narahatlıq doğuran məqam dəniz suyunun acınacaqlı şəkildə çirklənməsidir.

Qeyd edək ki, Xəzərin Hövsan sahilində xeyli müddətdir boruların çəkilməsi və sualtı işlər aparılır.

İddialara görə, boruların yeni rəngə boyanmasından və daha sonra suyun altına buraxılmasından sonra dənizin rəngində belə dəyişiklik müşahidə edilib. Ehtimal ki, istifadə olunan boya və ya digər materiallar suya qarışaraq bu mənzərəyə səbəb olub.

Əgər suyun rənginin dəyişməsi həqiqətən də aparılan işlərlə bağlıdırsa, bu, ciddi ekoloji narahatlıq doğurur.

Çünki dənizə boya və digər kimyəvi maddələrin qarışması təkcə suyun görünüşünə deyil, dəniz canlılarına və bütövlükdə ekosistemə də mənfi təsir göstərə bilər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehtiyev dənizin çirklənməsi ilə bağlı məsələnin araşdırılması üçün əraziyə əməkdaşların göndərildiyini bildirib.

 

 

FOTO QALEREYA
Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh