Nazirliyin əməkdaşları üçün hesabatlılıq və şəffaflığa dair təlim keçirilib - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığa dair növbəti təlim keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil edilib. Təlimdə hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqi, onların hüquqi əsasları əsas müzakirə mövzusu olub.
Avtosfer.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov vurğulayıb ki, hesabatlılıq və şəffaflıq effektiv idarəetmə üçün vacib amillərdəndir. Bu, aparılan islahatların nəticələrinə müsbət təsir göstərir. Şəffaf idarəetmənin təşviqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətində də prioritet təşkil edir.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hüquqpozmalara qarşı mübarizə üzrə strateji sənədlər və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. O, qanunvericilikdə nəzərdə tutulan tələblər, mümkün hüquqpozma hallarının qarşısının alınması üçün tətbiq edilən qabaqlayıcı tədbirlər barədə danışıb.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli mövzu ilə bağlı real təcrübəyə əsaslanan nümunələr təqdim edib. Hesabatlılıq və şəffaflığın təşkilatların fəaliyyətində etimadın formalaşması, məsuliyyətin artırılması və səmərəli idarəetmə baxımından əhəmiyyətini izah edib.
Sonra iştirakçıların sualları dinlənilib və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Təlim qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində reallaşdırılıb.
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT



















