Banner

“70-80 kq olan bir şəxsi qucağa alıb daşımaq olmur...” - VİDEO

Hadisə 19 Noyabr 2026 14:53
“70-80 kq olan bir şəxsi qucağa alıb daşımaq olmur...” - VİDEO
WhatsApp kanalımıza abunə olun

“Şamaxinka”da yerləşən yerüstü piyada keçidinin lifti aylardır işləmir. 70-80 kq olan bir şəxsi körpə uşaq kimi qucağa alıb daşımaq olmur...”

Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vətəndaş Tural Rəsulzadə müraciət edib.

O bildirib ki, liftin üzərində fiziki məhdudiyyətli şəxslər üçün işarə qoyulsa da, aylardır işləmir: “Uşaq arabası ilə hərəkət edən valideynlər, yaşlı insanlar və azyaşlı uşaqlar da bu keçiddən istifadə edərkən böyük çətinliklərlə qarşılaşırlar. Xüsusilə əlil arabasında olan şəxslərin vəziyyəti olduqca ağırdır. 70-80 kq çəkisi olan bir insanı pilləkənlərlə qucaqda daşımaq nə real, nə də təhlükəsiz həll yoludur. İnsanlar ən adi hərəkət və keçid imkanlarından məhrum edilməməlidirlər”.

Vətəndaş, həmçinin qeyd edib ki, bununla bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət ediblər: “Əlilliyi olan şəxslərin, yaşlıların və uşaqlı ailələrin sərbəst hərəkət hüququna laqeyd yanaşmaq olmaz. İnfrastruktur hər kəs üçün əlçatan olmalıdır. İnsanlar bir piyada keçidindən istifadə etmək üçün başqalarının köməyinə möhtac qalmamalıdırlar. İstəyirik ki, bu problem tez zamanda həll yolunu tapsın”. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, qeyd olunan ərazidə yaranmış problemdən məlumatlıdırlar: “Aparılmış baxış zamanı liftin fəaliyyətinin bərpası üçün müvafiq ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib. Zəruri ehtiyat hissəsinin xaricdən sifarişi həyata keçirilir. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək”. 

bax.tvhttps://bax.tv/embed/229006.html

 

 

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh