İşə düzəltmə adı ilə 2050 manatlıq dələduzluq

Ağcəbədidə işə qəbul və "komissiyadan keçirmə" adı ilə vətəndaşı aldadaraq pul ələ keçirməkdə təqsirləndirilən İ.Haxverdiyevə hökm oxunub.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İ.Haxverdiyev Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinib və 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, təqsirləndirilən şəxs zərəçəkmişi mülki mühafizəçi vəzifəsinə işə düzəltmək vədini verərək ondan pul alıb. O, əvvəlcə 1550 manat məbləği nağd şəkildə əldə edib. Daha sonra isə işə qəbul komissiyasından keçirmə adı ilə əlavə 500 manatın "PashaPay” ödəmə terminalı vasitəsilə özünə məxsus bank kartına köçürülməsinə nail olub.
Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 2050 manat məbləğində pulu ələ keçirərək vədini yerinə yetirməyib və vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmədə Haxverdiyev İslam Cəfərağa oğlu ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












