İcra nümayəndəsi 17 saat kəndin yolunu bağladı: SƏBƏB - FOTO

Lerik rayon Veri inzibati ərazi icra nümayəndəsi Allahverən Məmmədov kənddən çıxış yolunu 17 saat ərzində bağlayıb.
Bu barədə Avtoafer.az-a kənd sakinləri məlumat verib. Belə ki, Axunəhiran kəndindən çıxan magistral yol Lerik rayon polis əməkdaşlarının fədakarlığı sayəsində açılaraq kənd camaatının istifadəsinə verilib.
Kənd sakinlərinin bildirdiyinə görə, iyunun 30-u 22:00 radələrində Şirvan Rəhimova məxsus 99-HT-489 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobil kənddən çıxan yolun ortasında saxlanılıb. Bu barədə kənd sakinləri 102 xidmətinə məlumat verib.
1 iyul gündüz saatlarında da bir neçə dəfə 102 xidmətinə yolun bağlandığı haqda məlumat verilib. Lerik rayon Polis şöbəsinin əməkdaşlarının hadisə yerinə cəlb olunmasından sonra tam saz vəziyyətdə olan maşın yoldan götürülərək yol açılıb.
Məlum olub ki, 28 ildir Veri ərazi icra nümayəndəsi işləyən Allahverən Məmmədov evinin 20 metrliyindən keçən magistral yolu qardaşı Veri kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şirvan Rəhimova məxsus maşınla tutub və 17 saat ərzində maşını ərazisindən çəkməyib.
Maraqlıdır ki, icra nümayəndəsi pəncərədən mövcud mənzərəni seyr edərək heç bir tədbir görməyib.
Fərid
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












