İdmançıların döydüyü Həsən Əzizovdan AÇIQLAMA: “Gətirdiyim qızın nömrəsini istəyirdilər” - VİDEO

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib.
Bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.
O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.
Döyülməsi ilə bağlı açıqlama verən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Onun sözlərinə görə, baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:
“Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər”.
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












