İkiqat qətl hadisəsində şübhəli bilinən deputat saxlanıldı

Dağıstanda Kızılyurt şəhərindən olan deputat Qamzat Şixabudinov saxlanılıb.
Deputat 17 il əvvəl baş vermiş amansız ikiqat qətl hadisəsində iştirak etməkdə şübhəli bilinir.
Biznesmen Mirzə Maqomedovun qətli 2006-cı ilin avqustunda baş verib. Onun “Mercedes-Benz” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında iki "VAZ" markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. 41 yaşlı iş adamı Mirzə Maqomedovun avtomobilində onun 13 yaşlı oğlu da olub və hər ikisi yerindəcə həyatını itirib.
Hadisə yerinə gələn polis o zaman müxtəlif çaplı 11 patron aşkar edib, qətlin törədilməsinə əsas versiya kimi isə Maqomedovun maliyyə fəaliyyəti göstərilib.
Uzun illərdir qatillər və qətlin sifarişçiləri ilə bağlı axtarışlar uğursuzluqla nəticələnib. Nəhayət, bu səs-küylü qətl işinə son qoyulması mümkün olub. İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Saxlanılanlardan biri də Kızılyurt şəhər dairəsinin hazırkı deputatı Qamzət Şixabudinov olub.
Hazırda müstəntiqlər tərəfindən onun cinayətdə bilavasitə rolu araşdırılır. Əgər qətldə iştirakı sübuta yetirilərsə, Qamzat Şixabudinov 20 il müddətinə həbs cəzası ala bilər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












