İranda həbs olunmuş 2 Naxçıvan sakini sərbəst buraxıldı

Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar.
Həmyerlilərimiz ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və onlar Vətənə qayıdıblar.
Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. Əvvəlcə Poldəşt şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar. İyul ayında isə onlar məhkəmə üçün Xok şəhərinə gətiriliblər. Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. 4 aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev və Rövşən Seyidov məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdular. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












