İranda toy zamanı gəlin güllələndi - FOTO

İranın Firuzabad şəhərində gəlin öz toyunda təsadüfən güllələnib.
Avtosfer.az "Daily Mail"ə istinadla xəbər verir ki, hadisə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib.
İlkin məlumata görə, iki dəfə atəş açılıb, birinci güllə yan keçsə də, ikinci güllə gəlinin başına dəyib və məclisdə iştirak edən digər iki qonağı yaralayıb.
Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün lisenziyası olmayıb.
Atəş açan 36 yaşlı şəxs hadisə yerindən qaçıb, lakin polis onu yaxalaya bilib.
Ölən gəlinin ailəsi bildirib ki, onun ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib. Xanımın sağlığında sosial işçi kimi çalışaraq narkomanlara bu aludəçilikdən qurtulmağa köməklik etdiyi məlum olub.





BAKU.WS
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












